28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli reper faciəvi şəkildə ölüb

25.04.2022

Türkiyəli reper Beta (Berk Bayındır) bu gün səhər saatlarında İstanbulun Kağıthane rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

31 yaşlı reperin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib.

Hadisə baş verən əraziyə polis və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültəpənin ifadəsi isə alınmaq üçün polis idarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.