28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fransa Avropaya BƏƏ-dən neft daşıyır

25.04.2022

Fransanın "Total Energies” şirkəti may ayının əvvəlində Birləşmiş Ərəb Əmirliklərindən Avropaya neft göndərmək üçün tanker icarəyə götürüb.

Bu barədə "Röyters” məlumat yayıb.

Məlumata görə, şirkət 1-3 may tarixlərində 1 milyon barrel Murban xam neftini Böyük Britaniyaya göndərmək üçün "SUezmax Moscow Spirit” tankerini icarəyə götürüb. Bu, son iki il ərzində ilk çatdırılma olacaq.

"Avropalı alıcılar Rusiya neftindən üz döndərdikdən sonra Yaxın Şərq neftinin Avropaya ixracı üçün pəncərə açılıb. Treyderlərin dediyinə görə, AB Rusiya neftinin idxalına qarşı yeni sanksiyalar hazırlayarkən, yaxın aylarda Əbu-Dabidən daha çox xam neftin Avropaya göndəriləcəyi gözlənilir. Bu, bəzi tədarüklərin Asiyadan uzaqlaşması ilə nəticələnə bilər”, - məlumatda deyilir.