29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

25.04.2022

2019-cu ildə dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı qadın Keyn Tanaka 120 yaşında vəfat edib.

"DM"xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.

Məlumata görə, Keyn Tanaka 1903-cü ildə anadan olub. O, iki Dünya müharibəsindən sağ çıxıb və islahatçı imperator Meyjidən başlayaraq, onun böyük nəvəsi, indiki imperator Naruhito ilə bitən beş imperatorun hakimiyyətini görüb.

Tanaka Yaponiyanın Fukuoka prefekturasında qocalar evində yaşayırdı və yanvar ayında 119 yaşını qeyd etmişdi.

2019-cu ilin mart ayında o, planetin ən yaşlı sakini kimi Ginnesin Rekordlar Kitabına düşmüşdü.