29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: “Azərbaycan iqtisadiyyatı pandemiya dövründən yaxşı çıxıb”

25.04.2022

"Pandemiya dövründə 100 minlərlə sahibkara yardımların edilməsi və digər güzəşt paketləri ölkəmizdə bu sahəyə dəstəkdən xəbər verirdi”.

Bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, müharibənin nəticəsi və pandemiya ilə mübarizə sahəsində yaradılan fondlara edilən dəstəklərin göstərilməsi Prezident tərəfindən aparılan siyasətin məntiqi nəticəsi idi:

"Bu, hökumətin dəstəyi və hökumətə olan inamın göstəricisidir. Biznes və sahibkarlığın inkişafı, onu dəstəkləmək üçün alətlər iqtisadiyyatın inkişaf səviyyəsindən asılıdır”.

"Azərbaycan iqtisadiyyatı pandemiya dövründən yaxşı çıxdı. Qeyri-neft sənayesinin, qeyri-neft sektorunun, ölkənin valyuta dəyərlərinin artım tempi onu göstərir ki, dövlətin apardığı siyasət öz müsbət nəticəsini verir. Cəmiyyət olduqca, təbii ki, çağırışlar, müəyyən problemlər olacaq. Lakin onların da həlli istiqamətində tədbirlər görülür.

Bizim baxışımız ondan ibarətdir ki, istər maliyyəyə çıxış, istərsə də dövlətyönümlü, ixracyönümlü ticarət sazişlərinin, texniki sənədlərin tanınmasına dair sənədlərin, məhsulların çeşidlərinin artması bizə yeni imkanlar tanıdır”.