08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

100 illik Zəfər yolu

13.09.2018

Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Qafqaz İslam Ordusunun Zəfər yolu ilə” adlı anım yürüşü keçirilir.
"Dövran Media"AZƏRTAC-a istinadən xəbər verir ki, proqrama əsasən, sentyabrın 9-da yürüşə Gəncə şəhərindən başlayan iştirakçılar Qafqaz İslam Ordusunun 100 il bundan öncə hərəkət etdiyi Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ərazilərindən keçərək sentyabrın 15-də Bakıya çatacaqlar.
Əllərində Türkiyə və Azərbaycan bayraqları tutaraq marşlar oxuyan 80 nəfərdən ibarət "Zəfər yolu əsgərləri” olduqları döyüş bölgələrində çadır düşərgələri quraraq gecələyir, Azərbaycan və Türk şəhidliklərini ziyarət edir, dualar oxuyur, məzarların ətraflarını təmizləyirlər.
"Zəfər yolu ilə” adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Osmanlı imperiyasının Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib.
Bakının və ətraf qəzaların erməni-bolşevik işğalından xilas olunmasında Qafqaz İslam Ordusu böyük xidmətlər göstərib. Məhz 15 sentyabrdan sonra Milli hökumət Gəncədən Bakıya köçürülüb və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilib.