29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Elxan Məmmədov Ermənistana səfər edəcək

25.04.2022

AFFA-nın vitse-prezidenti Elxan Məmmədov Ermənistana səfər edə biləcək.

"DM"-nın xəbərinə görə, ona FIFA-da aldığı yeni vəzifə bunu etməyə imkan verir.

E.Məmmədovun yeni vəzifəsinin əsas tələblərindən biri FIFA-ya üzv olan 55 Avropa ölkəsinə (UEFA-ya daxil olan Asiya ölkələri İsrail və Qazaxıstan da daxil olmaqla) səfər etməkdən ibarətdir. O, müxtəlif regionlar üzrə "FIFA Forward” layihəsinin icrası, 55 üzv ölkədə futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.

Qeyd edək ki, Elxan Məmmədov bu ay FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb. O, mayın 1-dən Fransanın paytaxtı Parisdə yerləşən ofisdən fəaliyyətinə başlayacaq və artıq AFFA-dan maaş almayacaq. E.Məmmədov bu vəzifədə Gürcüstan Futbol Federasiyasının sabiq prezidenti (2005-2009) Nodar Axalkatsini əvəzləyib. Axalkatsi FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru vəzifəsinə təyin olunub.