03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın ABŞ-dakı konsulluqlarının bank hesabları bağlanıb

24.04.2022

Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ABŞ-dakı konsulluqlarının "Bank of America”dakı özəl hesabları bağlanıb.

Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov "Rossiya 1” telekanalına verdiyi açıqlamada məlumat verib.

"Əslində səfirlik ABŞ dövlət qurumları tərəfindən blokadadadır, Hyuston və Nyu Yorkdakı iki baş konsulluğumuzun hesabları "Bank of America” tərəfindən bağlanıb”, - deyə diplomat deyib.

Onun sözlərinə görə, hələ də ABŞ-da olan Rusiya Federasiyasının nümayəndələri telefonla və ya yazılı qaydada təhdidlər alırlar.