03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tbilisidə ermənilərin keçirdiyi aksiya başa çatıb

24.04.2022

Tbilisidə Türkiyənin Gürcüstandakı səfirliyinin binası yaxınlığında qondarma "erməni soyqırımı”nın ildönümü ilə əlaqədar keçirilən aksiya başa çatıb.

"DM” xəbər verir ki, iştirakçılar Türkiyəni sözdə soyqırımını tanımağa çağırıblar.

Polis aksiya zamanı ictimai asayişi təmin edib, heç bir insident baş verməyib.

Qeyd edək ki, aksiyada Azərbaycan və Türkiyə əleyhinə olan plakatlar, həmçinin tarixə qovuşmuş qondarma rejimin "bayraq”ları ölkəmizin Gürcüstandakı səfirliyinin məsələyə çevik müdaxiləsindən sonra yığışdırılıb.

Belə ki, diplomatik nümayəndəliyimiz Gürcüstanın aidiyyəti dövlət qurumlarını ermənilərin təxribatçı hərəkətləri barədə dərhal məlumatlandırıb. Bəzi aksiya iştirakçıları təxribatlarını davam etdirərək endirilən bayraqları çiyinlərində gəzdiriblər.