07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəblər saxlanıldı - Azərbaycanda

13.09.2018

Qanunsuz ov etməyə cəhd edən Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları cərimələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.
Araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.
Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.