03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğanla Zelenski danışıb

24.04.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

"DM" xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr və danışıqlar prosesi ilə bağlı məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə vəziyyətin gündən-günə daha da çətinləşdiyi Mariupolda yaralıların və mülki şəxslərin təxliyəsinin təmin edilməli olduğunu bildirib.

Əllərindən gələn hər cür yardımı göstərməyə və vasitəçilik də daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduqlarını ifadə edən Ərdoğan Ukraynanın təhlükəsizliyininə zəmanət məsələsinə də prinsipial olaraq müsbət baxdıqlarını dilə gətirib.