03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı qız Avropa Şurasının mühüm qurumuna üzv seçilib

23.04.2022

Gənclər üçün Azərbaycan Respublikası Prezidentinin mükafatçısı, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Məryəm Məcidova Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib.

Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilmiş gənclər Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərarverici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunurlar.

Məşvərət Şurası gənclərin tələblərini, ehtiyaclarını, fikirlərini özündə əks etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir. Mandatı iki il davam edən təmsilçilik demokratik vətəndaşlıq, insan hüquqları təhsili və qeyri-formal təhsil prinsiplərinə əsaslanaraq təşkil olunur.

Şura 30 gənc üzvdən ibarətdir və Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatların, milli gənclər şuralarının və yerli gənclər təşkilatlarının nümayəndələrindən ibarətdir.

Qeyd edək ki, səkkiz illik aradan sonra Azərbaycanı təmsil edən gənclər təşkilatının nümayəndəsi  Avropa Şurasının Gənclərlə iş üzrə Məşvərət Şurasına yenidən üzv olaraq seçilib.