16 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

FHN əməliyyat-xilasetmə görüntülərini yayıb - VİDEO

23.04.2022

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"DM"-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 37 yanğına çıxış, 3 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər, o cümlədən Bakı şəhərinin Nərimanov rayonunda intihara cəhd edən 1 nəfər və Sabirabad rayonunun Qalağayın kəndində "КамАЗ” markalı yük avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış sürücü xilas olunub