02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moldovadan rus generalın fikirlərinə sərt rekasiya

23.04.2022

Rusiya Mərkəzi Hərb Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev Dnestryanı ilə bağlı fikirləri Moldovanın etirazına səbəb olub.

"DM" xəbər verir ki, bu fikirlərə etiraz olaraq Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

"Bu bəyanatlar əsassızdır və Rusiyanın Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən mövqeyinə ziddir”, - XİN-dən bildirilib.

Qeyd edək ki, R.Minnekayev Ukraynanın cənubuna nəzarətin Dnestryanıya çıxış yolu olduğunu bildirib. Generalın sözlərinə görə, burada rusdilli əhalinin sıxışdırılması faktları mövcuddur.