29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb

23.04.2022

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus "Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb.

"DM" xəbər verir ki, "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi, maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik, nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip stasionar ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürət ölçən qurğu, inmarsat peyk rabitə terminalı, qəza-xilasetmə radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, "Nəsimi” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və yenidən xam neftin daşınmasına cəlb olunub.

Xatırladaq ki, "Nəsimi” gəmisinin uzunluğu 149,9, eni 17,3 metr, tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.