29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da yaşayan azərbaycanlı: “Hər zaman Qarabağ həqiqətlərini çatdırmağa çalışmışam”

22.04.2022

"ABŞ-da yaşayan azərbaycanlı olaraq, Qarabağ haqqında həqiqətləri amerikalılara çatdırmağı, universitetdə əldə etdiyim bilikləri Vətənim naminə istifadə etməyi özümə borc bilmişəm”.

Bunu Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V qurultayının iştirakçısı, ABŞ-da yaşayan azərbaycanlı Yasmin Vahirova bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsi zamanı ABŞ-da yaşayan azərbaycanlılar həqiqəti çatdırmaq üçün əllərindən gələni edib, o cümlədən, Xocalı faciəsi haqqında tədbirlər təşkil ediblər.

"Ölkəmizin tarixi haqqında məlumat verirdik. İcma üzvlərimizdən biri Xocalı faciəsini yaşamış şəxsdir. Bu tədbirdə toplaşmış 1000 nəfərin Xocalı haqqında həqiqətləri eşitməsi mənim üçün böyük şərəf oldu. Dayanmaq olmaz. Bu şəkildə də davam etmək və xalqımızın yaşadıqları barədə məlumat vermək lazımdır”, - o deyib.