19 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hraparak: Putin Paşinyana Kremldə xəbərdarlıq edib

22.04.2022

Ermənistanın "Hraparak” qəzeti sensasion yazı ilə gündəmə gəlib. Nəşrdə qeyd edilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin bu yaxınlarda Moskvada keçirilən görüşü zamanı tərəflər arasında ciddi münaqişə yaşanıb.

"DM" xəbər verir ki, qazetin diplomatik mənbələrinin dediklərinə əsasən, Moskva səfəri zamanı imzalanan Paşinyan-Putin birgə bəyanatına, tərəflərin bir-birinə sadiq olduqlarını bildirməyinə və müxtəlif sahələrdə əməkdaşlıq etməyə söz vermələrinə baxmayaraq, baş verənlər Ermənistan liderinin növbəti "flirti” kimi qiymətləndirilmişdi.

"Kremldə Paşinyana növbəti dəfə ciddi şəkildə xəbərdarlıq edilib ki, Qərblə təmaslardan çəkinsin, Qarabağla bağlı yeni təkliflər, variantlar əvvəlcə Rusiya ilə müzakirə olunsun - həmçinin bura Ermənistan sərhədlərinin delimitasiyası məsələsi də aiddir. Aydındır ki, söhbət Brüssel görüşündən və oradakı razılaşmalardan gedir. Bizim mənbənin fikrincə, Rusiya tərəfi anlayır ki, Paşinyan istənilən vaxt gizlicə Aİ ilə də razılaşmalara gedə bilər. Onun Kremlə qarşı hansısa gizli planı ola bilər”, - deyə qəzet yazıb.