29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Natiq Bağırov: "Diaspor olaraq, Azərbaycanın çiçəklənməsinə öz töhfəmizi verməliyik"

22.04.2022

"Biz qələbə qazanmış ölkəyik, Prezidentin də dediyi kimi, heç kim bizi qələbəmizdən geriyə döndərə bilməz".

Bunu Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov deyib.

Onun sözlərinə görə, bundan sonra da görülən işlər davam etdirilməlidir: "Bu zamana kimi Azərbaycanda gedən proseslər barədə dünya ölkələrinə məlumat verməli, Azərbaycanın mövqeyini deməliyik. Biz diapor olaraq, gələcəkdə Azərbaycanın çiçəklənməsinə öz töhfəmizi verməliyik. Necə ki 44 günlük Vətən müharibəsində əlimizdən gələni etməyə çalışırdıq. İndi də bizim və Azərbaycanı sevənlərin borcudur ki, azad olunan əraziləri yenidən gözəl guşəyə çevirək".