29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mariupolda 4 azərbaycanlı həlak olub, 1-i itkin düşüb

22.04.2022

Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.

"DM" xəbər verir ki, bu barədə Report-a Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova məlumat verib.

Onun sözlərinə görə, ölənlər Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanımdır:

"Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub".

A.Həmidova bildirib ki, Azərbaycan vətəndaşı, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.