29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda bu şirkətin kuryerləri tətilə başlayıb

22.04.2022

Bakıda "Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb.

"DM" xəbər verir ki, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

İşçilərin verdiyi məlumata əsasən, "Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

"Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir", - deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama "şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.