29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrana bağlı sosial mediadan Azərbaycana qarşı daha bir iftira

22.04.2022

"Son həftələrdə Azərbaycanda və İran sərhədi yaxınlığında sələfi-təkfirçi qüvvələr görünməkdədir”.

Bu iddia ilə üzərində İranın İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) loqosu olan "Azərbaycan Araşdırmaları Mərkəzi” adlı "Telegram” kanalı çıxış edib.

"Azad İran” "Telegram” kanalının xəbərinə görə, paylaşılan postda həmçinin iddia edilir:

"İsraildən Bakıya çox sayda yük reyslərinin həyata keçirilməsi ilə bağlı məlumatlar daxil olub. Qarabağda pantürkçülər toplantı keçirir, İsrail və Türkiyənin vədlərindən ruhlanaraq, növbəti konfransı Təbrizdə və ya İrəvanda keçirəcəklərini söyləməyə cürət ediblər!”, - deyə qeyd edilir.