29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yardımlı polisindən əməliyyat: saxlanılanlar var

22.04.2022

Bakı və Abşeron sakinləri külli miqdarda narkotik və psixotrop maddə ilə tutulublar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rafael Allahverdiyev və Abşeron rayon sakini Mərahim İbrahimov Yardımlı rayonunun Arus kəndi kəndi ərazisində saxlanılıblar.

Onlardan ilkin araşdırma zamanı xaricdə yaşayan narkotacir vasitəsilə əldə edildiyi müəyyən edilən 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqram marixuana və 970 ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb.

Faktla bağlı Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.