28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfqanıstanda məsciddə partlayış: 30 nəfər həlak olub

21.04.2022

Əfqanıstanın şimalında yerləşən Məzari-Şərif şəhərində (Bəlx əyaləti) baş verən partlayış nəticəsində azı 30 nəfər həlak olub.

"DM" xəbər verir ki, bu barədə о Khaama Press informasiya agentliyi yerli səhiyyə müəssisələrinin nümayəndələrinə istinadla məlumat yayıb. Həkimlərin məlumatına görə, xəstəxanalara daha 80 yaralı gətirilib.

Aamaj News agentliyi əvvəlcə partlayışın məscidin yaxınlığında törədildiyi barədə xəbər yaymışdı. Lakin sonradan belə bir məlumat alınıb ki, partlayış dindarların günorta namazına toplaşdığı vaxt məscid binasının özündə baş verib.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.