28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türk astronavtın kosmosa gedəcəyi tarix məlum olub

21.04.2022

İlk türk astronavtının təhsil müddəti 4-6 ay arasında olacaq. Seçim prosesinin 2-3 ay çəkəcəyini proqnozlaşdırırıq. İlin sonuna kimi astronavtımız hazır olacaq, gələn il kosmosa gedəcək.

"DM" xəbər verir ki, bu sözləri Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım deyib.

"Kosmosa göndərəcəyimiz astronavtımız elmi missiyaya gedir. İki nəfər seçiləcək. Seçilmiş iki şəxs gedib müvafiq qurumda təhsil alacaq. Bu təlimin sonunda ən uğurlu namizədimiz kosmik stansiyaya gedəcək", - Hüseyn Yıldırım bildirib.