07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Cəzalar sərtləşdirilməlidir" - Parlamentdə ETİRAZ

12.09.2018

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik müzakirə edilib.
"Dövran Media" xəbər verir ki, müzakirələr zamanı deputatlar qanunsuz ağac kəsilməsinə qarşı ciddi etirazlarını bildiriblər. Komitə sədri Eldar İbrahimov bildirib ki, bir ağac əkməyənlər gedib yeddi ağac kəsirlər.
O qeyd edib ki, ağacların kəsilməsi həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi ziyan vurur.
Daha sonra deputatlar ağacların kəsilməsinə görə nəzərdə tutulan cəzanın sərtləşdirilməsini təklif ediblər.
Deputat Hüseynbala Mirələmov deyib ki, yaşıllıqları qorumaq lazımdır, ağacları kəsənlər sərt şəkildə cəzalandırılmalıdır. O qeyd edib ki, ağacların kəsilməsi çox böyük bəladır:
"Avropada və digər ölkələrdə bir kəpənəyin öldürülməsinə görə heç kəsi bağışlamırlar, onlara ən ağır cəzanı verirlər. Yaşıllıqların qorunması qlobal və mühüm məsələdir. Gələcəkdə qanunvericilikdə dəyişiklik edilməlidir, cəzalar sərtləşdirilməlidir. Bir budağı qırana da ən ağır cəza verilməlidir”.
Deputat Cavanşir Paşazadə də bildirib ki, cəzaların sərtləşdirilməsi ağacların kəsilməsinin qarşısını ala bilər, bundan əlavə, maarifləndirmə işləri də aparılamalıdır.