30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada təhsil alan tələbələr Azərbaycanda oxuya bilərlər - RƏSMİ

21.04.2022

"Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan Respublikası vətəndaşı mövcud deyil”.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər:

"Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyil”.

"Son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir”, - deyə əlavə edilib.