30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Təhsil naziri Şəmkirdə məktəb açılışında iştirak edib

21.04.2022

Təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib.

Nazir orada Zəyəm-Cırdaxan kənd C.Abıyev adına 2 saylı orta məktəbin açılışında iştirak edib, məktəblə tanış olub.

Açılış mərasimində bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.

Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, nazir daha sonra Tovuz rayonunda STEAM Mərkəzinin açılışında iştirak edəcək.