30 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pentaqon rəhbəri Polşaya təşəkkür edib

21.04.2022

ABŞ müdafiə naziri Lloyd Ostin və Polşa müdafiə naziri Mariuş Blaşak arasında Pentaqonda görüş baş tutub.

"DM" xəbər verir ki, Pentaqondan məlumat verilib.

"Ukrayna xalqına öz ölkəsi uğrunda mübarizə aparmağa və müharibənin dəhşətlərindən xilas olmağa kömək etdiniz. Ukrayna ordusuna işğalçı Rusiya qüvvələrinə qarşı uğurla mübarizə aparmağa kömək etmək üçün ona çox ehtiyac duyulan təhlükəsizlik yardımını göstərdiniz. ABŞ-dan və bütün dünyadan, eləcə də digər NATO müttəfiqləri və tərəfdaşlarından təhlükəsizlik yardımının çatdırılmasında mühüm rol oynamısınız", - Ostin bildirib.

Polşa xalqının zorakılıqdan qaçan milyonlarla ukraynalıya evlərini açdığını vurğulayan Ostin bütün bu dəstəyə görə Varşava rəhbərliyinə təşəkkür edib.