01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq konfrans keçirilir

21.04.2022

Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə "Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görən Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub.

Beynəlxalq konfransda Azərbaycanın ali təhsil müəssisələri və elmi təşkilatlarının, Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstanın nüfuzlu alimləri iştirak edirlər.