01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada əsir düşən azərbaycanlı tələbə vətənə qayıdıb

21.04.2022

Ukraynada Rusiya hərbçilərinin əsirliyindən azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Bu barədə tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən əsir götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin əsirliyindən azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.