29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın Ukraynaya yardımına Ukraynadan - Reaksiya

20.04.2022

Ümumilikdə, dostlar dost olduqlarını sübut etdilər və Azərbaycan dostlar sırasındadır. Böhran şəraitində dünya ağ-qara olur. Qəlbi gözəl insanlar pis ola bilməzlər, qəlbi qara olanlar isə şəraitdən istifadə edirlər. Bəzi Avropa ölkələri və uşaqların öldürülməsini normal qarşılayan siyasətçilərin timsalında bunu görmək olar.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak  müsahibəsində deyib.

Azərbaycanın Ukraynaya humanitar yardımından danışan siyasətçi bildirib:

"Dünya bu baxımdan Ukraynaya çox isti yanaşdı. Qaçqınlarımıza yardım göstərilir, ərzaq məhsullarının, geyimlərin daşınmasını təmin edən humanitar dəhlizlər yaradılıb. Bu, Ukraynaya çox kömək edir, çünki faktiki bu gün iqtisadiyyatımız işlək vəziyyətdə deyil. Çünki ölkənin bu qədər böyük hissəsində hərbi əməliyyatların aparılması şəraitində humanitar yardım çox böyük əhəmiyyətə malikdir. Buna görə də səsimizə səs verən bütün dövlətlərə, o cümlədən ayrı-ayrı şəxslərə minnətdarlığımızı bildiririk”.