08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrailin müdafiə naziri Azərbaycana gəlir

12.09.2018

İsrailin müdafiə naziri Aviqdor Liberman bu gün Gürcüstan və Azərbaycana rəsmi səfərə gəlir.
"Dövran Media"nın xəbərinə görə, bu barədə İsrail Müdafiə Nazirliyi məlumatında bildirilib.
Liberman səfər çərçivəsində prezident İlham Əliyev və həmkarı Zakir Həsənovla görüşəcək.
Azərbaycan Müdafiə Nazirliyi isə qeyd edib ki, İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrında 13-də Bakıda olacaq.  
Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.