03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Qələbə gününə qədər bu əraziləri tutmağa çalışacaq

20.04.2022

Rusiya ordusu mayın 9-dək Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq, həmçinin işğal olunmuş Krıma gedən quru dəhlizinə nəzarəti saxlamaq istəyir.

Bunu Ukrayna MN-in sözçüsü Aleksandr Motuzyanik deyib.

"İndi onların məqsədi tam aydındır: Ukrayna qüvvələrini Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərindən kənara çıxarmaq və müvəqqəti işğal olunmuş Krıma gedən quru dəhlizi saxlamaq. Məhz bu qələbə cəmiyyətə yalan satmaq üçün rus hökumətinə lazımdır”, - o bildirib.

Motuzyanık qeyd edib ki, Rusiya gələcəkdə daha çox əraziləri tutmaq üçün hücumunu artırmağa çalışacaq:

"İndi düşmən buna hazırlaşır, qüvvə toplayır və işğal etdiyi ərazilərdə möhkəmlənir. Lakin bu, Donetsk və Luqansk vilayətlərində hərbi əməliyyatların nəticələrindən asılı olacaq. Rusiya ordusunun belə bir taktikası var - bölmələrin əsas istiqamətlərdə tam və ya qismən mühasirəyə alınması, qüvvələrin sıxışdırılması, mümkün maddi-texniki dəstək marşrutlarının bağlanması. Çox güman ki, ruslar bu taktikadan istifadə edəcəklər. Bizim vəzifəmiz bunun qarşısını almaqdır”.