29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya parlamenti Rusiyaya qarşı sərtləşdirilmiş sanksiyaları təsdiqləyib

20.04.2022

Yaponiya parlamenti aprelin 20-də Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair düzəlişləri təsdiqləyib.

"Xarici valyuta haqqında qanun”a edilən dəyişikliklərdə Rusiya vətəndaşları üçün kriptovalyutadan istifadəyə məhdudiyyətlər nəzərdə tutulub.

Bundan başqa, Yaponiya parlamenti Rusiyadan idxal olunan mallara görə rüsumların artırılmasını dəstəkləyib. Tariflər odun üçün 4,8 faizdən səkkiz faizə, qızılbalıq və kürü üçün 3,5 faizdən beş faizə, yengəc üçün dörd faizdən altı faizə qaldırılıb (azı 2023-cü ilin aprel ayına qədər qüvvədə olacaq).

Bununla belə, Rusiyadan neft, maye qaz və əlvan metalların rüsumsuz idxalı davam etdiriləcək.

Xatırladaq ki, Yaponiya bundan əvvəl Rusiyaya qarşı bir neçə iqtisadi və siyasi sanksiyalar paketini təqdim edib. Belə ki, Yaponiyadan Rusiya Federasiyasına 300-dən çox adda malın ixracı qadağandır.

Bundan başqa, Rusiya Federasiyasının 500 vətəndaşına - biznes nümayəndələrinə, siyasətçilərə və məmurlara qarşı fərdi sanksiyalar tətbiq edilib, rusiyalı səkkiz diplomat Tokiodan çıxarılıb.

Yaponiya hakimiyyəti həmçinin VTB, VEB.RF, "Sberbank” və "Alfa-Bank” da daxil olmaqla, 40-a yaxın Rusiya şirkətinin ölkədəki aktivlərini dondurub.

Mənbə: Smi.Today