29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müharibəni serial kimi izləyirsiniz - Podolyak

19.04.2022

Dünyanı təkcə Rusiyanın Ukraynaya qarşı müharibəsini izləməyə deyil, onu dayandırmağa da çağırırıq.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Tvitterdə yazıb.

"Donbas uğrunda döyüş", II sezon. Ukraynadakı müharibə dünyadakı bir çoxları üçün Netfliksdə növbəti seriala çevrilib. İkinci dərəcəli personajlar, hekayə xətləri və intriqalarla dolu. "Üzüklərin hökmdarı”? "Taxt-tac oyunu”? "Hoqvarts uğrunda döyüş”? "Qara güzgü”? Yalnız bir amma var. Bizdə aktyorlar yoxdur, insanlar doğrudan ölür, xoşbəxt sonluğa isə zəmanət verilmir. Hər epizod Ukrayna əsgərlərinin qanı ilə yazılıb”, - o bildirib.

Podolyak qeyd edib ki, serialdan fərqli olaraq, burada pisliyi dayandırmağa kömək etmək olar:

"Hökumətinizdən Ukrayna üçün silah və Rusiya neftinə embarqo istəyin. AB qələbənin reseptini bilir”.