29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tərtər işi”nə görə həbs olunanlar kimlərdir?

19.04.2022

"Tərtər işi” ilə əlaqədar yeni həbslər var. Baş prokurorluq həbs edilər 7 hərbçinin adlarını açıqlayıb.

"DM" xəbər Yenisabah.az-a istinadən verir ki, həbs edilənlərin biri - Rəşid Ağaşərif oğlu Niftəliyev polkovnik-leytenantdır. O, 2019-cu ildə prezidentin sərəncamına əsasən "Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Həbs olunan digər şəxs - Ruslan Məhəmmədəli oğlu Mikayılov leytenant rütbəsini daşıyıb. O, 2020-ci ilin dekabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Sənan Səxavət oğlu Maşıyev gizirdir. O, "Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.

Polad Seyfəddin oğlu Əzizov – gizir: O da "Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib (Axtarışdadır).

Əliyev Elçin Kalam oğlu – gizir.