29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev fərman imzalayıb

19.04.2022

Prezident İlham Əliyev dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"DM" fərmanın mətnini təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 968-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin təsviri” təsdiq edilsin.

2. "Dövlət qulluqçusunun xidməti vəsiqəsinin nümunəsi” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.