03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Dünya azərbaycanlılarının Şuşaya toplaşması şəhidlərimizin ruhlarını şad edəcək"

19.04.2022

"Dünya Azərbaycanlılarının V qurultayının Şuşada keçirilməsi mühüm hadisədir. Şuşa bütün türk dünyasının mədəniyyət və qürur mərkəzidir".

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədrinin sözlərinə görə, dünya azərbaycanlılarının Şuşaya toplaşması bu arzular naminə şəhid olan qəhrəman əsgərlərimizin ruhlarını şad edəcək:

"Bundan sonrakı əsas məqsədimiz Şuşanın, işğaldan azad olmuş ərazilərimizin bərpası, investisiyaların cəlb olunması, özəl sektoru bu işlərə daha çox cəlb etmək olacaq. Bu baxımdan keçiriləcək tədbiri mühüm imkan kimi qəbul etmək lazımdır.

Dünyada bizim uğurlu və imkanlı iş adamlarımız xeyli saydadır. Cənab Prezident özəl sektoru bu işlərdə aktiv iştirak etməyə dəvət etmişdi. Hazırda Milli Məclisdə "İnvestisiya fəaliyyəti haqqında” qanun müzakirə olunur. Qanun bu cür investisiyaların təşviqini və qorunmasını daha da gücləndirəcək".

"Azad edilmiş ərazilərdə məskunlaşma siyasəti mərhələli olacağından düşünürəm ki, özəl sektor tərəfindən investisiya planlarının da buna uyğunlaşdırılması məqsədəuyğun olardı. Bu mənada iş adamlarına paket formasında investisiya layihələrinin sektorlar üzrə təklif olunması, bazara çıxış və ixrac imkanlarının dövlət hesabına təhlil edilərək onlara təqdim olunması hesab edirəm ki, investisiya cəlb etmə prossesini daha da asanlaşdıra və sürətləndirə bilər", - T.Mirkişili vurğulayıb.