04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda məktəbli qız sinif yoldaşını bıçaqlayıb

19.04.2022

Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib.

Hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.

N.M. məktəbdə sinif yoldaşı S.A.-ya iki bıçaq zərbəsi vurub.

Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində fəaliyyət göstərən məktəblərin birində təhsil alan IX sinif şagirdinin müxtəlif dərəcəli bıçaq xəsarətləri alması və xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək, müvafiq araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin məktəbliyə sinif yoldaşı olan digər bir qız tərəfindən xəsarət yetirilməsi məlum olub. Hazırda Gəncə Şəhər Baş Polis İdarəsinə müvafiq araşdırmalar aparılır və məsələyə hüquqi qiymət veriləcək”.