04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni Zelandiya Rusiyanın 18 bankına sanksiya tətbiq edib

19.04.2022

Yeni Zelandiya Ukrayna hadisələri fonunda Rusiyanın 18 ən böyük bank və maliyyə qurumuna yeni sanksiyalar tətbiq edib.

Bunu Yeni Zelandiyanın xarici işlər naziri Nanayi Mahuta deyib.

"Bu böyük təşkilatlar Rusiyanın bank aktivlərinin təxminən 80%-ni təşkil edir”, - Mahuta bildirib.

Sanksiyaların aprelin 20-də qüvvəyə minəcəyi və 2025-ci il martın 17-dək qüvvədə olacağı qeyd edilib.

Xatırladaq ki, Yeni Zelandiyanın qara siyahısına Rusiya Mərkəzi Bankı, Rusiya Bankı, Moskva Kredit Bankı, Krım Rusiya Milli Kommersiya Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Rusiya Milli Kommersiya Bankı, Rusiya Birbaşa İnvestisiya Fondu, Sənaye Əmanət Bankı, Rusiya Kənd Təsərrüfatı Bankı, "Alfa-Bank”, "Qazprombank”, "Sberbank”, "Vneşekonombank”, "Otkritiye Bank”, "Genbank”, "Novikombank”, "Sovkombank”, "SMP Bank”, "VTB Bank” daxildir.