03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalı desantlar rus motoatıcı bölməsini məhv edib

19.04.2022

Ukraynalı desantlar Tomsk şəhərindən olan Rusiya ordusunun motoatıcı bölməsini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunlarının komandanlığı məlumat yayıb.

"Biz məhv edilmiş rus hərbçilərinin sənədlərini dərc etməyə davam edirik. Bu yaxınlarda gərgin döyüş bölgəsində Ukrayna desantları Rusiya ordusunun 21-ci Qırmızı Bayraqlı Omsk-Novobuq motoatıcı briqadasının əlahiddə qvardiyasının bölmələrindən birinin zirehli dəstəsini darmadağın ediblər”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhz bu bölmə daim beynəlxalq təlimlərdə iştirak edərək, mükafatlar qazanıb.

"Ukrayna əsgərləri ilə döyüş zamanı bir çox "azad edən” məhv edilib və hərbi maşınların alovu altında yanıb. Və mövcud sənədlərdən yalnız bir neçəsi müəyyən edilib. Birinin şəxsi əşyalarına baxış zamanı onun Orenburqdan olan, kiçik çavuş Sakkuziyev Kairat Muxanmadiyeviç olduğu müəyyən edilib. O, snayper, topçu-tank komandiri ixtisasını və Volski adına Hərbi Maddi Təminat İnstitutunda "sağ qalma” proqramı üzrə intensiv kursları bitirib”.