04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir Xorvatiyada medal qazanmış paralimpiyaçılarla görüşüb - FOTO

19.04.2022

Gənclər və idman naziri Fərid Qayıbov Xorvatiyanın paytaxtı Zaqrebdə qitələrarası boççia çempionatında üç medal qazanmış Azərbaycan paralimpiyaçılarını qəbul edib.

"Devran Media" xəbər verir ki, toplantı zamanı idmançıları uğurlu çıxışları münasibətilə təbrik edən nazir federasiyanın fəaliyyəti, gələcək planları və idmançıların məşq şəraiti ilə maraqlanıb.

Bildirilib ki, boççia 2014-cü ildən yaransa da, Azərbaycanda bu federasiya 2018-ci ildən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə fəaliyyətə başlayıb. Bu günədək idmançılar beynəlxalq yarışlarda üç qızıl və yeddi bürünc medal qazanıblar.

Görüşdə nazir müavini Mariana Vasileva, Boççia İdman Federasiyasının baş katibi və baş məşqçisi İlham Məhərrəmov, məşqçilərdən Taleh Zeynalov, Elşən Məhərrəmov, Ruhin Cəfərov, Nicat Ağayev, Mədinə Abbasova, idmançılardan Bəhruz Mirzəyev, Sona Ağayeva (hər ikisi qızıl medal), Orxan Kərimov (bürünc medal) və Zaur Veysəlov (altıncı yer) iştirak ediblər.