29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Rusiya və Ukraynanı danışıqlara çağırıb

19.04.2022

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya və Ukraynanı müharibəni danışıqlar yolu ilə həll etməyə çağırıb.

Sabiq prezident bildirib ki, indi artıq razılaşma əldə edilməlidir.

"Bu müharibə heç vaxt baş verməməli idi, amma oldu. Bu müharibənin həlli yolu atışmalar başlamazdan əvvəl təxmin edildiyi qədər müsbət olmayacaq, amma yenə də həll yolu var”, – deyə o açıqlama verib.

Tramp onu da əlavə edib ki, Kiyev və Moskva danışıqlar masasına oturmasalar, o zaman "ölüm, dağıntı və qan tökülməsindən” başqa heç nə qalmayacaq.

Bundan əvvəl Amerikanın keçmiş prezidenti bildirib ki, Şimali Atlantika Alyansı (NATO) münaqişə fonunda tam fəaliyyətsizlik nümayiş etdirərək, Ukraynada qan tökülməsinin qarşısının alınması yönündə missiyasını yerinə yetirə bilməyib.

"Düşünürəm ki, 100 ildən sonra insanlar geriyə baxıb deyəcəklər: biz geri çəkildik, NATO geri çəkildi, mən isə bir çox cəhətdən alyansı kağız pələngi adlandırardım”, – deyə o fikrini tamamlayıb.

Mənbə: Lenta.ru