29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şarl Mişel Paşinyanla Brüsseldə əldə olunmuş razılaşmaları müzakirə edib

19.04.2022

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Aİ Şurasının rəhbəri "Twitter” hesabında yazıb.

Tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Şarl Mişel Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün göstərilən bütün səylərə tam dəstək verdiyini qeyd edib.