29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Ukraynanı bərpa etmək üçün iclas keçirib

18.04.2022

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin müharibədən sonrakı yenilənməsi və inkişafı planının müzakirəsi üçün iclas keçirib.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi məlumat yayıb.

Məlumata görə, müharibədən sonrakı yenidənqurma planı bir neçə hissədən ibarətdir, onun hazırlanmasına beynəlxalq audit şirkətləri, Ukraynanın beyin mərkəzləri, parlament komitələri və nazirlikləri qoşulub.

Plan bütün mövcud resurslar və imkanlardan istifadə etməklə Ukraynanın yeni prinsiplər əsasında yenilənməsini nəzərdə tutur. Xüsusilə, müharibənin vurduğu maddi ziyanın ödənilməsi, dağılmış infrastruktur imkanlarının bərpası və Ukrayna iqtisadiyyatının struktur modernləşdirilməsi planlaşdırılır.