29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan bu şəhərə uçuşlar bərpa edilir

18.04.2022

Azərbaycan Hava Yolları QSC (AZAL) 2022-ci ilin yay cədvəli çərçivəsində iyunun 17-dən Bakıdan Çexiyanın paytaxtı Praqaya reysləri bərpa edib.

Bu barədə  AZAL-dan bildirilib.

Məlumata görə, uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Aviabiletləri aviaşirkətin rəsmi saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Sözügedən reyslərə yalnız qeyd olunan daşıma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Çexiyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub.

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür.