29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiya və İsveçrə Rusiyaya qarşı razılaşıb

18.04.2022

İsveçrə Prezidenti, Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis və Yaponiya Baş naziri Kişida Fumio Rusiyaya sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılığa gəliblər.

Bu barədə NHK kanalı məlumat yayıb.

Məlumata görə, Kişida Rusiyanın hərəkətlərinin təkcə Avropada deyil, Asiyada da beynəlxalq nizamı sarsıtdığını bildirib:

"Bugünədək dünya birliyinin bir araya gəlməsini tələb edən bu qədər vacib an olmamışdır. Biz İsveçrə ilə sıx əməkdaşlıq etmək istərdik”.

İsveçrə prezidenti bu fikri dəstəkləyib və Ukraynaya yardım göstərməyə hazır olduğunu bildirib.