05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyanın müharibədə itkiləri – Son vəziyyət

18.04.2022

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş  siyahısını təqdim edib.

Bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd olunub ki, döyüşlərin başladığı gündən bu yana Rusiya tərəfinin şəxsi heyəti arasında itkilər 20  600-ə çatıb.

Gedən döyüşlərdə Rusiya ordusunun 790 tankı, 2041 zirehli döyüş maşını, 381 artilleriya sistemi, 130 reaktiv yaylım atəş sistemi, 67 HHM sistemi, 167 təyyarəsi, 147 helikopteri, 1 487 avtomobil texnikası, səkkiz kateri, 76 yanacaq-sürtkü materialları çəni, 155 kəşfiyyat PUA-sı, 27 xüsusi texnikası, dörd əməliyyat-taktiki raket kompleksi məhv edilib.