05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akopcanyan : Azərbaycan polisi Xankəndiyə daxil olacaq

18.04.2022

Ermənistanda artıq uşaqlı-böyüklü hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir.

"DM" xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

"Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi prosseslər, Avropanın qaza asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividentlər yığdı.

"Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”, - deyə o qeyd edib.