05 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşayeva Özbəkistanın baş nazir müavini ilə görüşüb

18.04.2022

MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Baş nazirinin müavini, Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsinin sədri Züleyxa Maxkamova və qardaş ölkənin fəal qadınları ilə görüşüb.

"DM" xəbər verir ki, görüş zamanı millət vəkili Azərbaycan-Özbəkistan qardaşlığı, dostluğunun keçmişi, bugünü və gələcək prespektivləri, ölkəmizin tarixi, mədəniyyəti, iqtisadi inkişafı haqqında məlumat verib.

Q.Paşayeva Züleyxa Maxkamovaya və bu ölkənin fəal qadınlarına ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, 44 günlük Vətən müharibəsi, qazandığımız Zəfər və son vəziyyətlə bağlı geniş məlumatlar verib.

Maxkamova Q.Paşayevanı salamlayaraq deyib ki, Özbəkistan qardaş Azərbaycanla əməkdaşlığın getdikcə artmasında çox maraqlıdır: "İnanırıq ki, əməkdaşlığımızın daha da genişlənməsində Özbəkistan və Azərbaycan qadınları çox fəal olacaqlar”.

Q.Paşayeva Maxkamova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib. Maxkamova dəvət təklifini böyük məmnuniyyətlə qəbul edib.

Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, "Nəfəs” İB-in sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri Baş nazir müavini və fəal qadınlara Qarabağ motivli hədiyyələr, tanınmış rəssamımız Sakit Məmmədovun "Azərbaycan qızı və Özbəkistan qızı” əsərini, Aygün Nağıyevanın "Xarıbülbül” əsərini, modelyer Afaq İsmayılzadənin Xarıbülbül motivli millli geyimini hədiyyə ediblər. Q.Paşayeva habelə müəllifi olduğu "Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı "İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.