04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Vladimir Putin Azərbaycana səfər edəcək

11.09.2018

Bunu RF Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı deyib.
L.Kalaşnikov bildirib ki, Rusiya liderinin işgüzar səfəri zamanı Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə səfəri çərçivəsində toxunulan məsələlərin müzakirəsinin davam etdirilməsi planlaşdırılır. O qeyd edib ki, Azərbaycan və Rusiya münasibətlərinin hələ inkişaf edəcəyi sahələr var. Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 1-də Soçiyə səfər etmiş, V.Putinlə görüş keçirmişdi. Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanıb. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərı sentyabrın 25-nə gözlənilir.